Polşadan olan yük maşınları sürücüləri Belarusla sərhəd yaxınlığındakı terminalda etiraz aksiyasına başlayıb. SİA xarici mətbuata istinadən xəbər verirki, sürücülər sərhəd keçidinin yanında yerləşən gömrük terminalında nəqliyyatın hərəkətini dayandırmaq niyyətindədirlər. Hazırda bu, Belarus-Polşa sərhədində fəaliyyət göstərən yeganə yük keçididir.
Daşıyıcılar Rusiya və Belarus qeydiyyatında olan yarımqoşquların ölkəyə girişinə qadağa qoyulmasını, həmçinin Rusiya Federasiyası və Belarus daşıyıcıları tərəfindən Polşada yaradılmış şirkətlərə qarşı tədbir görülməsini tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB