Növbəti prezidentlik üçün yararsız olduğunu deyirlər?

Növbəti  prezidentlik üçün yararsız olduğunu deyirlər?

Bu gün 80 yaşlı ABŞ prezidentinin yaşına və səhhətinə görə tez-tez tənqid olunduğu heç kəs üçün gizli deyil. Eyni zamanda, bir çox ekspertlər əmindirlər ki, Baydendə qocalıq demensiyasının ilk əlamətləri artıq özünü göstərməkdədir. Amma maraqlıdır ki, bu günlərdə “The New York Times” nəşri Cozef Baydenin demensiya qazanmaq üçün hər şansının olduğunu da bəyan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nəşrdəki məqalə müəllifinin fikrincə, Amerika prezidentinin ikinci müddətə namizədliyini irəli sürməsi ağır xəstəliyə tutulma riski səbəbindən təhlükəlidir.

Bu onunla bağlıdır ki, 85 yaşdan sonra, bir qayda olaraq, yaşlı insanların əksəriyyətində beyinin fəaliyyəti çox pisləşir. Buna görə idrak funksiyaları, eləcə də eşitmə və görmə pozulur.

Bundan əlavə, ekspertlər əmindirlər ki, Cozef Bayden tezliklə ürək-damar və yaşla bağlı digər az təhlükəli xəstəliklərə də məruz qala bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə