Aİ Ukraynaya bir milyon mərmi verəcək

Aİ Ukraynaya bir milyon mərmi verəcək

Avropa İttifaqı (Aİ) Ukraynaya artilleriya üçün 1 milyon mərmi verməyə hazırdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün müsbət qərarın vaxtıdır. Ukrayna 11-ci sanksiyalar paketində Rusiya Federasiyasının nüvə sənayesinə qarşı məhdudiyyətlərin olacağını gözləyir. Ukrayna Aİ-dən kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bütün məhdudiyyətləri dərhal aradan qaldıracağını gözləyir", - o əlavə edib.

Qeyd edək ki, Leyen Avropa Gününü qeyd etmək üçün Ukrayna paytaxtı Kiyevə səfərə gəlib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə