Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Ankaranın təşəbbüsləri nəticəsində “taxıl dəhlizi”nin yenidən fəaliyyətə başladığını açıqlayıb. SİA xəbər verir ki, Ukraynanın restrukturizasiyaya cavabdeh nazirliyi “Rusiyanın yeni gələn gəmilər üçün qeydiyyatdan imtina edərək Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı razılaşmanı dayandırdığını” deyib.
Mövzu ilə bağlı açıqlama verən Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyənin təşəbbüsləri nəticəsində yoxlamaların başladığını və “taxıl dəhlizi”nin yenidən fəaliyyətə başladığını bildirib.
Qeyd edək ki, Ukraynadan taxıl ixracına dair müqavilə ötən ilin iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən 120 gün müddətinə imzalanıb. Tərəflər etiraz etmədiyi üçün saziş noyabrın 17-də daha 120 gün uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB