Kurqanın ardınca Belqorod hakimiyyəti də mayın 9-da Qələbə Günü ilə bağlı gözlənilən bayram tədbirlərini ləğv edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri şəhərin meri Valentin Demidov verib.
“Dostlar, təhlükəsizlik səbəbi ilə bağlı sabah, mayın 9-da keçirilməli olan bütün tədbirləri təxirə salmaq qərarına gəldim. Son günlər sərhəd bölgələrində hansı hadisələrin baş verdiyini görürük. Əminəm ki, mənimlə razılaşacaqsınız - risk etməyə dəyməz”-deyə Demidov bildirib.
Yeri gəlmişkən aprelin sonunda Omsk vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Xotsenko da Qələbə Günündə atəşfəşanlığın ləğv edildiyini elan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB