Priqojin bu gün Baxmutda 130 metr irəlilədiklərini deyir

Priqojin bu gün Baxmutda 130 metr irəlilədiklərini deyir

“Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin bu gün çad bir xəbərlə çıxış edib. O, rəhbərlik etdiyi hərbçilərin mayın 8-də Artyomovskda (Baxmut) 130 metr irəlilədiklərini deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Priqojinin mətbuat xidməti yayıb.

“...Bu gün qrupların maksimum irəliləməsi 130 metr olub. Ümumilikdə isə artıq 15 min metr ərazi zəbt edilib”.

Priqojin bildirib bunu.

Hazırda “Vaqner”in yaradıcısının dediyinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərin cəmi 2,36 kvadrat kilometr ərazisinə nəzarət edirlər.

Priqojin əlavə edib ki, indi onun hücum qrupları irəliləyirlər və onlar üçün ayrılmış əlavə sursatı gözləyirlər.

Yeri gəlmişkən, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Artemovskdakı (Baxmut) “Vaqner” özəl hərbi şirkətinin hazırkı vəziyyətilə bağlı fikirlərini bildirərək, bəzi aşağılamaların mövcudluğuna da işarə edib.

Kadırov qeyd edib ki, “Vaqner” PMC-nin komandanlığı bütün İnternet və dünya üçün lazımsız danışıq olmadan başladıqları işi başa çatdırmalı idilər.

...Adam az qala demək istəyir ey,..neynən, ay Alış?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə