Amerikalı Zelenskinin yaxınlarda Kiprə qaçacağını deyir…

Amerikalı Zelenskinin yaxınlarda Kiprə qaçacağını deyir…

Budur, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Raymond Makqovern Vladimir Zelenskinin gələcəyi barədə proqnoz verib.

Beləliklə, onun dediyinə görə, Ukrayna Silahlı Qüvvələri məğlub olacağı təqdirdə Ukrayna prezidenti Kiprə qaçacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Makqovern bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib

Qeyd edək ki, Makqovern Zelenskini müdafiəçi rolunu oynayan, sona qədər ölkəsinin yanında olmağa hazır olan yaxşı aktyor adlandırıb.

“Ancaq bir neçə həftədən sonra o, Kiprdəki villasında olacaq və ukraynalılar öz başlarına qalacaqlar”.

“ RİA Novosti” bunu amerikalıdan sitat gətirir.

Makqovern, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluqla başa çatacağına əminliyini ifadə edib.

Qeyd edək ki, mart ayında ABŞ dəniz piyadası veteranı Lukas Qeyc Zelenskinin ukraynalılar tərəfindən edam edilməkdənsə, İsrailə qaçacağını təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə