Kalininqradda ictimai fəal Mixail Feldmana qarşı Rusiya ordusunu “diskreditasiya” ittihamı ilə iki cinayət işi açılıb. Rusiyalı vəkil Mariya Bontslerin dediyinə görə, Feldman artıq iki günlük həbs edilib.
Vəkil ictimai fəala qarşı işlərin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.3-cü (təhlükəli nəticələrə səbəb olan təkrar gözdən salma) maddəsi ilə açıldığını bildirib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, buna səbəb Feldmanın sosial şəbəkələrdəki şərhləri və repostları olub.
Qeyd edək ki, Feldmanın anadangəlmə serebral iflic olduğunu qeyd edən vəkil Bonzler, müstəntiqlərin onun həbs tələbi ilə çıxış edəcəklərini də istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl fəal müharibə əleyhinə mitinqdə iştirak etdiyinə görə “diskreditasiya” ilə bağlı inzibati maddə ilə 30 min rubl cərimə olunmuşdu.
Yeri gəlmişkən, 2015-ci ildə Mixail Feldman Kalininqradda Federal Təhlükəsizlik Xidmətinin qarajında Almaniya bayrağı asdığına görə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
2020-ci ilin yayında fəal yenidən dövlət rəmzlərinə hörmətsizlikdə ittiham edilib və iki aylıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yeni cinayət işinin başlanmasına səbəb Feldmanın Rusiya bayrağı və “ayağını sil” yazısı olan postu olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB