Niyə həbs olunduğunu özü də bilmir?

Niyə həbs olunduğunu özü də bilmir?

Leninqrad vilayətinin Priozersk şəhərində rəssam və ictimai fəalı Katrin (Ekaterina) Nenaşeva saxlanılıb. O, imkan tapıb “Facebook” da yerləşdirə bildiyi xəbərə görə, dostu ilə kafedə nahar edərkən polis onu həbs edib. Saxlanmanın bəhanəsi “orientasiya” olub.

Saxlanmanın şahidi olan Nenaşevanın dostu bu məlumatı “Sota”ya təsdiqləyib. Dostunun sözlərinə görə, Nenaşevanı polis maşınına mindirərək naməlum istiqamətə aparıblar. Saxlanmanın digər təfərrüatları hələlik məlum deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Katrin Nenaşevanın ilk həbsi deyil. O, Moskva və Sankt-Peterburqda ictimai fəallığı ilə artıq bir neçə dəfə polisin diqqətini çəkib.

Deyilənlərə görə, Nenaşeva qadın hüquqları, məişət zorakılığı, yeniyetmələr arasında intihar və narkomaniya, psixiatrik diaqnozu olan insanların damğalanması və digər kəskin sosial məsələlərlə məşğul olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə