Bazar ertəsi, mayın 8-də Berlinin Ali İnzibati Məhkəməsi Almaniya paytaxtında mayın 8-də və 9-da keçirilən tədbirlərdə Rusiya və Sovet bayraqlarının istifadəsinə və nümayişinə qoyulan qadağanı geri qaytarıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Almaniyanın “Tagesschau” nəşri yayıb.
Məhkəmə aşağı instansiya məhkəməsinin əvvəlki qərarını ləğv edib və mayın 9-da İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş anım tədbirlərində Rusiya bayraqları, SSRİ bayrağı və Georgi lentlərindən istifadəni qadağan etməklə Berlin polisini dəstəkləyib.
Berlin məhkəməsi xüsusilə Ukraynadakı münaqişə fonunda bu simvolların nümayiş etdirilməsinin səbəb ola biləcək zorakılıq ehtimalına işarə edib. Qəbul edilmiş qərar qətidir və şikayət verilə bilməz.
Xatırladaq ki, bundan əvvəl, mayın 7-də Berlin İnzibati Məhkəməsi Rusiya və Sovet bayraqlarının yalnız sovet memorialları ərazisində qismən istifadəsinə icazə vermişdi, lakin polis bu qərardan apellyasiya şikayəti verdi.
Onu da qeyd edək ki, bundan əvvəl, bazar ertəsi, mayın 8-də nasist Almaniyası dövründə Reyxstaq olan Almaniya Bundestaqının binası üzərində qırmızı Qələbə Bayrağı göründüyü xəbər verilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB