Baqratyan ermənilər üçün pis proqnoz verdi...

Baqratyan ermənilər üçün pis proqnoz verdi...

…Pensiyaçılar bu gün 2018-ci illə müqayisədə 22 faiz pis yaşayırlar və buna paralel olaraq isə Nikol Paşinyan respublikanı viran günə qoyur.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, yoxsulluğun səviyyəsi 15 faiz, ifrat yoxsulluq isə demək olar ki, iki dəfə artıb.

...Rusiyadan böyük həcmdə ixrac və idxal qeydə alınıb ki, bu da iqtisadi artıma töhfə versə də, lakin büdcəni artırmır.

Qeyd edək ki, bir müddət bundan əlavə Rusiyadakı səfərbərlikdən qaçan 120 min rus Ermənistana gəlmişdi. İndi ara sakitləşib deyə, onların 11 min nəfəri artıq Ermənistandan gedib. Xatırladaq ki, onlar o vaxt Ermənistana boş gəlməmişdilər, özləri ilə ümumilikdə 8 milyard rubl gətirmişdilər. Belə ki, bu 8 milyardın “kusok-parasından” ermənilər də yararlanırdılar.

Amma indi dediyimiz kimi ruslar Ermənistandan gedir. Məsələ bundadır ki, bu gün ölkənin milli valyutası olan dram da həddindən artıq dəyərsizləşib və əhalinin təxminən 32 faizi xaricdən gələn pulla dolanır, buna baxmayaraq əhalinin bu hissəsi də artıq yoxsullaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə