…Mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında Qırğızıstan Prezidenti Serdar Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Pool No 3” Telegram kanalı yayıb.
Yeri gəlmişkən, Ermənistan hökuməti Paşinyanın Rusiya paytaxtında Qələbə bayramının qeyd edilməsində iştirakını təsdiqləyib.
Yerevan, erməni baş nazirin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gələcəyini və mayın 9-da Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş tədbirlərdə qalacağını bildirib.
Qazaxıstan lideri artıq Rusiyaya gəlib və hətta artıq Rjev memorialını da ziyarət edib. Orada Tokayev İkinci Dünya Müharibəsinin ən böyük döyüşlərindən birində həlak olan 100-cü və 101-ci atıcı diviziyaların qazax əsgərlərinin xatirəsini ehtiramla yad edib.
Qırğızıstan prezidenti bir gün əvvəl Rusiyaya uçub. Japarov səfəri zamanı Putinlə strateji əməkdaşlıq sahəsində ikitərəfli münasibətlərin inkişafını müzakirə etmək və Qələbə Gününün 78-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, Putin Qələbə Gününü qeyd etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonu da şəxsən paytaxta dəvət edib. Həmkarlar nəinki səfərlə bağlı razılığa gəldilər, həm də Böyük Qələbənin 78-ci ildönümü ərəfəsində bir-birlərini təbrik də ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB