…Bayaq da qeyd etdiyimiz kimi, Kurqan bölgəsində təbii yanğınlar həm meşələri, həm də yaşayış binalarını məhv etməkdədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, alovla mübarizəyə artıq aviasiya da qoşulub. Belə ki, indi bölgənin şimalında “Amfibiya” təyyarəsi də işləyir. Onlar ərazidəki yanğını söndürmək üçün alovun üzərinə tonlarla su tökürlər.
Ancaq, məsələ bundadır ki,.. kömək etmir.
Niyə?
Çünki yanan torf bataqlıqlarıdır.
Belə ki, yanğın söndürüldükdən sonra da bir neçə metr dərinlikdə tüstülənməkdə davam edir.
Mütəxəssislərin dediyinə görə, bu aylarla davam edə bilər.
Qeyd edək ki, hazırda alovun söndürülməsi əməliyyatlarında 1290 nəfər və 332 texnika iştirak edir. O cümlədən, alovun üzərinə havadan 165 ton su atılıb. Bu günə qədər xilasedicilər 9 landşaft yanğınından altısını lokallaşdıra biliblər.
Və onlardan biri tamamilə aradan qaldırılıb. Bundan əlavə. əyalət ərazisində baş vermiş dörd meşə yanğınından üçü lokallaşdırılıb.
Və təkcə ötən gün səkkiz yanğın söndürülüb.
Bölgədəki vəziyyəti qiymətləndirmək və müvafiq əmrlər vermək üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Kurqan vilayətinə gəlib. Kurqan vilayətinin qubernatoru Vadim Şumkovla birlikdə zərər çəkmiş ərazilərin ətrafında uçuşlar həyata keçirib. Yoxlamanın nəticələrinə əsasən məlum olub ki, rayon ərazisində meşələrdən və quru otlardan çıxan yanğınlar bir neçə yaşayış məntəqəsinə keçib. Eyni zamanda, yanğınların əksəriyyəti lokal xarakter daşıyır.
Hazırda Kurqanskaya ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Ümumilikdə təbii fəlakət rayonun 4 yaşayış məntəqəsində 42 binanı dağıdıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB