Budur, Kurqan qubernatoru da səbəb tapdı.
Deməli, mayın 9-da keçiriləcək Kurqanda Qələbə Paradı keçirilməyəcək. Çünki əyaləti ağzına almış irimiqyaslı təbii yanğınlar az qala Kurqana çatmaqdadır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayətin qubernatoru Vadim Şumkov özünün Telegram-kanalında yayıb.
“Yanğınların fəlakətə səbəb olması və insanların həlak olması ilə əlaqədar sabahkı tədbirlər qısaldılmış formatda keçiriləcək”-deyə rayon rəhbəri bildirib.
Şumkov qeyd edib ki, konsert meydançaları açılacaq, digər tədbirlər keçiriləcək, lakin parad və atəşfəşanlıq olmayacaq. Çünki atılan fişəng təbii yanğınlara “stimul” verə bilər.
Şumkov, rayon rəhbərliyinin qərarına anlayışla yanaşmağı xahiş edib.
Xatırladaq ki, Kurqan vilayətində irimiqyaslı təbii yanğınlar baş verib ki, buna görə də bölgədəki fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir.
Onu da bildirək ki, yanğının yaşayış məntəqələrinə keçməsi nəticəsində 300 yaşayış binası və 3,9 min bina yanıb. Yeri gəlmişkən Rusiya prezidenti Vladimir Putin yanğından zərərçəkənlərə dəstək edəcəyini vəd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB