Bu arada Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin Amerika prezidentinin açıqlamalarına əhəmiyyət vermədiyini, ümumiyyətlə ABŞ-a güvənmədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Soylu Türkiyənin Qərblə əməkdaşlığının nəticəsiz olmadığını vurğulayıb. İndi ölkə qərbyönlü təsirə məruz qalmır, baxmayaraq ki, əvvəllər türk mediası Qərbə yönəlmişdi. Zaman dəyişdi və artıq Türkiyə Amerika prezidentinin açıqlamalarına məhəl qoymur. Bu münasibətin səbəbi ona inamsızlıqdır.
“Təyyib Ərdoğanla Qərbin qəyyumluğu aradan qaldırıldı. Hazırda elə bir qurum yoxdur ki, icra hakimiyyətinin əlində qərbyönlü olsun. Vaxt var idi ki, Türkiyədə media Qərbə yönəlmişdi. Amerika səfirləri nəsə deyirdilərsə, o da, əsas hekayə olurdu. İndi ABŞ prezidenti nəsə desə, Türkiyə ona fikir vermir”, - deyə Soylu bildirib.
Xatırladaq ki, daha əvvəl Soylu ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror ölkəsi yaratmağa çalışmaqda ittiham etmişdi. O, ötən il İstanbulda baş verən terror hadisəsindən sonra Türkiyənin ABŞ-dan başsağlığı qəbul etməyəcəyini də bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB