Almaniya Bundestaqının binasında Qələbə bayrağı görüntülənib

Almaniya Bundestaqının binasında Qələbə bayrağı görüntülənib

Nasist Almaniyası dövründə Reyxstaq olan Almaniya Bundestaqının binasının üstündə mayın 8-də, bazar ertəsi qırmızı Qələbə bayrağı görüntülənib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rusların REN TV telekanalı yayımlayıb.

Telekanal bununla bağlı yerli sakin və turistlər tədbirdən çoxsaylı foto və videoların internetdə paylaşdığını da xəbərləyib.

Şahidlərin yazdığına görə, naməlum fəallar Reyxstaqın damına çıxıb orada qırmızı sovet bayrağını taxıblar.

Yayımlanan kadrlardan görünür ki, binanın əsas girişinin sağ tərəfində üzərində oraq və çəkic olan parlaq qırmızı bayraq dalğalanır. Banner Almaniyanın dövlət bayrağının yanında qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl Berlin hakimiyyəti 8-9 may 2023-cü il tarixlərində keçiriləcək bayram tədbirləri zamanı Qələbə rəmzlərinin, habelə Rusiya və SSRİ bayraqlarının kütləvi nümayişini qadağan edib.

Amma daha sonra məhdudiyyətlər qismən də olsa aradan götürülmüşdü.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə