Bəzi ölkələrdə Türkiyədə seçkilər üçün səsvermə prosesi başa çatıb

Bəzi ölkələrdə Türkiyədə seçkilər üçün səsvermə prosesi başa çatıb

Avropada Türkiyədə mayın 14-də keçiriləcək Prezident və 28-ci dövr parlament seçkiləri üçün səsvermə prosesi bir çox məntəqədə tamamlanıb.

ABŞ, Kanada, İngiltərə, Polşa, İsveçrə, İsveç, Bolqarıstan, İtaliya, Malta, İspaniya, Portuqaliya, Yunanıstan, Çexiya, Slovakiya və Macarıstanda Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün səsvermə prosesi başa çatıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu arada Yaponiya və Çində də səsvermə prosesi başa çatıb.

Səsvermə prosesi başa çatdıqdan sonra seçki komissiyası və müşahidəçilərin nəzarəti altında möhürlənərək torbalara qoyulan bülletenlər Türk Hava Yolları tərəfindən Türkiyəyə gətirilərək Yüksək Seçki Şurasına təhvil veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə