Dayanacağa çırpılan maşın 8 nəfəri öldürdü

Dayanacağa çırpılan maşın 8 nəfəri öldürdü

ABŞ-ın Texas ştatında avtomobilin avtobus dayanacağına çırpılması nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA ABŞ mediasına istinadən bildirir ki, faciədən bir neçə saat əvvəl ştatda silahlı hücum nəticəsində 8 nəfər həlak olmuşdu.

Qəzanın səbəbi hələlik məlum olmasa da, polis sürücünün avtomobilini qəsdən piyadaların üzərinə sürdüyünə inanır.

Ehtiyatsız sürücülükdə günahlandırılan sürücü polis tərəfindən saxlanılıb və əlavə ittihamlar gözlənilir.
Hadisədən sonra avtobus dayanacağının yerləşdiyi yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə