Vyetnamda rekord istilik qeydə alınıb

Vyetnamda rekord istilik qeydə alınıb

Vyetnamda rekord istilik qeydə alınıb. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mayın 7-də ölkənin şimalındakı Thanhhoa əyalətində termometrlər +44,1°C-ə yüksəlib. Əyalət rəhbərliyi əhalini günün ən isti vaxtında evdən çıxmamağa çağırıb.

Vyetnamda əvvəlki temperatur rekordu 2019-cu ildə, mərkəzi Ha Tinh əyalətində havanın +43,4°C-ə qədər isindiyi vaxt qeydə alınıb. Digər Cənub-Şərqi Asiya ölkələrində də həddindən artıq isti hava müşahidə olunur. Belə ki, Tailandın qərbində +44,6°C temperatur qeydə alınıb, Myanmada isə termometr +43,8°C-də son 10 ilin ən yüksək həddə çatıb. Bütün ölkələr öz öhdəlikləri qədər istixana qazı emissiyalarını azaltsalar belə, Avropanın rekord yüksək yay temperaturu 2035-ci ilin yayına qədər “orta” olacaq.

Böyük Britaniyanın Met Office-in Hadley Mərkəzinin təhlili göstərib ki, uzunmüddətli perspektivdə Mərkəzi Avropada 2100-cü ilə qədər orta yay sənayedən əvvəlki dövrlə müqayisədə 4 dərəcədən çox isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə