"Türkiyə Rusiyaya bir sıra təklif irəli sürüb" - İbrahim Kalın

"Türkiyə Rusiyaya bir sıra təklif irəli sürüb" - İbrahim Kalın

Türkiyə Rusiyaya Ukranya müharibəsinin bitməsi üçün bir sıra təklif irəli sürüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Haber Türk” kanalına müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, bu məsələlər onun Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı müzakirə edilib. Kalın əlavə edib ki, “bu bir plan deyil, sadəcə bəzi perspektivlərdir”:

“Rusiyanın müharibədə qazandığını demək olmaz, indiyədək təxminən 500-600 min insan həlak olub. Rusiya hərbi və iqtisadi cəhəddən itkilər verməyə davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə