Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Kurqan vilayətində meşə yanğınları ilə əlaqədar mayın 7-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib. SİA xəbər verir ki, bu barədə regional hökumətin "Telegram" kanalında məlumat verilib. Qərarı qubernator Vadim Şumkov imzalayıb.

Yanğınların söndürülməsi üçün bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin "İL-76" təyyarəsi göndərilib. Perm, Udmurtiya, Başqırdıstandan aviasiya qrupları, həmçinin Ural və Noqinsk təlim-xilasetmə mərkəzlərinin xilasedicilərinin gəlməsi gözlənilir. Ümumilikdə, söndürmə işlərinə 1000-dən çox insan və 250-yə yaxın texnika cəlb olunub. Daha əvvəl bildirilib ki, Kurqan vilayətində təbii yanğın Uldus kəndinə keçib, məktəb və 20 ev yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə