Ukrayna prezidenti Vladimir Zelenski, Ukraynanın hazırda cəbhə xəttində ehtiyac duyulan yardımın yeni partiyasını almaq üçün tərəfdaşları ilə işlədiyini və yaxın gələcəkdə bunu gözlədiyini bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, axşam müraciətində prezident, bu yardımın Ukrayna ordusunun gücünə və ölkə səmasının qorunması üçün lazım olduğuna eyham vurub.
Qeyd edək ki, Zelenski başa çatan həftəni Ukrayna üçün məhsuldar həftə adlandırıb.
O, may və iyun aylarında yeni tədbirlərə hazırlaşdıqlarını da gizlətməyib.
Zelenski Ukrayna cəmiyyəti üçün mühüm qanunvericilik təşəbbüsü, Rusiyaya qarşı qarşıdan gələn sanksiyalar və Kiyevdə müxtəlif səviyyələrdə beynəlxalq görüşlər keçirəcəyini də açıqlayıb.
“Biz tərəfdaşlarımızla sülhü bərpa etmək üçün bizə daha çox kömək edəcək silahlar haqqında danışırıq... Biz Ukraynaya kömək etmək üçün yeni addımları ətraflı şəkildə işləyirik, onları yaxın gələcəkdə gözləyirik – bu, bizim gücümüz üçün lazımdır”-deyə Zelenski bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB