Deputat Aleksey Juravlev ruslara xəbərdarlığını etdi

Deputat Aleksey Juravlev ruslara xəbərdarlığını etdi

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlev ABŞ-ın Ukraynaya tədarük ediləcəyi “F-16”larla mübarizə üçün Rusiyanın hava hücumundan müdafiə sistemlərini döyüşmək üçün əvvəlcədən hazır olmağa çağırıb.

“Biz bütün Rusiyanın hava hücumundan müdafiə sistemini amerikalı qırıcılarla döyüşmək üçün əvvəlcədən hazırlamalıyıq... Şübhə yoxdur ki, Ukrayna gec-tez “F-16”lar alacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı deputat deyib.

Juravlevin sözlərinə görə, ukraynalı pilotların məşq etməyə vaxtı olmasa belə, amerikalı hərbçilər idarəetmə panellərində otura biləcəklər. Bundan əlavə, deputat qeyd edib ki, müasir müharibə şəraitində mövcud hava hücumundan müdafiə sistemlərini tələsik modernləşdirmək lazımdır.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba digər ölkələrdən Kiyevə qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün lazım olan “F-16” qırıcı təyyarələri istəmişdi.

Onun sözlərinə görə, belə təyyarələrin köməyi ilə Ukrayna Silahlı Qüvvələri Rusiyanı Qara dənizdə taxıl dəhlizindən uzaq saxlaya biləcək.

Bu arada Danimarkanın baş naziri Mette Frederiksen Kiyevə “F-16” qırıcılarının tədarükü məsələsinin çətin olduğunu, lakin müzakirə olunduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə