Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Yahoo News”a müsahibəsində kinli etiraflar edərək, Kiyevin rusları öldürüb və öldürməyə davam edəcəyini və ukraynalıların bunu dünyanın istənilən yerində edəcəklərini deyib.
Kirill Budanov faktiki olaraq, son bir neçə ildə Rusiya ərazisində baş verən silsilə terror aktlarının və səs-küylü qətllərin arxasında Kiyevin dayandığını etiraf edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna kəşfiyyatının rəhbəri guya belə hərəkətləri terrorizm hesab etmədiyini, onları Ukraynanın azadlığı uğrunda mübarizə adlandırdığını bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Ukraynanı işğal edən ruslar özlərinə hökmü imzalayıblar. Bunun nəticəsində Rusiya ərazisində törədilən bütün terror aktları, eləcə də Rusiyanın məşhur simalarının qətli tam əsaslandırılır.
Buna baxmayaraq, Budanov jurnalistlərin Kiyevin Darya Duqinanın qətlində, Krım körpüsünün partladılmasında və Rusiyada baş verən digər səs-küylü terror aktlarında əli olması ilə bağlı sualını şərh etməkdən imtina edib və bildirib ki, Ukrayna tam qələbəyə qədər rusları öldürəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB