Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm”, - deyə Ağ Evin saytında bildirilib.
Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.
Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb.
Qeyd edək ki, ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ı 9 nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB