Texasda silahlı insident, ölən və yaralananlar var

Texasda silahlı insident, ölən və yaralananlar var

Amerika Birləşmiş Ştatlarının Texas ştatında törədilən silahlı hücum nəticəsində 8 nəfər ölüb.
Allen Yanğınsöndürmə İdarəsinin başçıxı Conatan Boyd jurnalistlərə verdiyi açıqlamada ölü olaraq ələ keçirilən şübhəlinin 8 nəfəri öldürdüyünü, 7 nəfəri yaraladığını bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Boyd sözügedən hadisədə nəticəsində təcavüzkar da daxil olmaqla 7 nəfərin hadisə yerində, 2 nəfərin isə aparıldıqları xəstəxanada həyatını itirdiyini, xəstəxanaya aparılan 7 yaralıdan 3-nün vəziyyətinin ağır olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə