Rusiya Federasiyasının Kurqan vilayətinin Yuldus kəndində məktəb və 20 ev yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən xəbər verir.
“Yuldus kəndində təbii yanğın nəticəsində 20 ev və bir məktəb yandığı üçün təcili təxliyə aparılır”.
Bunu yerli mənbə bildirib.
Regional hökumətin rəsmi Telegram kanalı bildirib ki, hazırda Kurqandakı Maloe Çausovo mikrorayonunun sakinlərinin profilaktik təxliyəsi aparılır.
Mayın 7-də Fövqəladə Hallar Nazirliyi təxliyənin Kurqan vilayətinin Belıy Yar kəndində də aparıldığını açıqlayıb. Həmin gün o da məlum olub ki, güclü meşə yanğınları ilə əlaqədar Tümen vilayətində fövqəladə vəziyyət tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB