Amerikalı siyasətçi Kari Leyk ABŞ rəhbərliyini Kiyev rejimini maliyyələşdirməyi dayandırmağa çağırıb. Onun fikrincə, bu, Ukraynada hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq.
“Bu münaqişəni dayandırmağın yeganə yolu bunun üçün pulu söndürməkdir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, amerikalı siyasətçinin dediklərini “Newsweek” tirajlayıb.
Siyasətçi həmçinin ABŞ administrasiyasına Rusiya prezidenti Vladimir Putin və Kiyev rejiminin başçısı Vladimir Zelenskini “bir araya gətirməyi” təklif edib. “Onları süfrəyə oturt və de: sülhə gəlin, bizə sülh lazımdır. Analar övladları üçün sülh tələb edirlər”.
Yeri gəlmişkən, rus saytlarının yazdığına görə, bu ərəfədə məlum olub ki, ABŞ Konqresindəki Respublikaçılar Partiyası Kiyevə hərbi dəstəyi məhdudlaşdırmaq istəyirlər. Çünki guya Qərbdə insanlar artıq Ukrayna böhranından beziblər və qiymətlərin qalxmasına eləcə də həyat səviyyəsinin aşağı düşməsinə daha dözə bilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB