ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya təhvil verməyi təklif edib, lakin ölkə bu təklifdən imtina edib. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri mayın 7-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalına müsahibəsində deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı ABŞ-dan bir neçə təklif alıb, lakin Vaşinqtona rədd cavabı verilib.
Xüsusilə, burada söhbət Pentaqon tərəfindən S-400-lərin öyrənilməsi üçün onlara girişin təmin edilməsindən gedir.
“ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz və eləcə də müstəqil siyasətimizə zidd idi deyə biz bundan imtina etdik”, - Çavuşoğlu bildirib bunu.
Bundan əlavə, diplomatın sözlərinə görə, bu zenit-raket komplekslərinin Ukraynaya verilməsi ilə bağlı müraciətlər olub, lakin amerikalıların bu təklifi də Ankara tərəfindən rədd edilib.
Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə 2,5 milyard dollar dəyərində S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar.2019-cu ildə Rusiya Türkiyəyə ilk S-400 alayını verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB