Ukrayna prezidenti Vladimir Zelenski münaqişə şəraitində ölkəni idarə edə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bunu da Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.
Leonid Kuçmanın müşaviri Oleq Soskin Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasəti ilə bağlı hakimiyyət dəyişikliyinin zəruriliyindən danışıb.
Onun dediyinə görə, guya Zelenski artıq vəziyyətin sürətindən geri qalır. Ona görə də o, Ukraynanın qarşısında duran vəzifələri yerinə yetirə bilməz -deyən Soskin qeyd edib ki, Zelenski öz vəzifələrinin öhdəsindən gəlməsə, istefa verməlidir. O hesab edir ki, bu baş verməsə, Nezalejnayada kütləvi etirazlar başlayacaq.
“Zelenski ipdən asılıb, əks-hücum olmasa, o, artıq lazım olmayacaq. Onun başqa seçimi yoxdur”.
Maraqlıdır ki, Soskin bunu əminliklə bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB