Kiyev əks-hücumun yüksək gözləntilərdən qorxur?

Kiyev əks-hücumun yüksək gözləntilərdən qorxur?

Ukraynanın ilk hücum dəstəsi hücuma keçməyə 90 faiz hazırdır, lakin ondan gözləntilər çox yüksək ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov və prezident Vladimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində bildiriblər.

“...Dünyanın əks-hücumla bağlı gözləntiləri və Qərb tərəfdaşları yeni uğur nümunəsinin zəruriliyindən danışırlar. Amma bu uğurun miqyası nə qədər olacağını sizə deyə bilmərəm: on kilometr, otuz, yüz, iki yüz?”, - deyə Reznikov bildirib.

Nazirin dediyinə görə, dünyanın əksər insanları “böyük bir şey gözlədiyi” halda, bu gözlənti “emosional məyusluğa” səbəb ola bilər(?).

Zelenski öz növbəsində Ukraynanın tərəfdaşların vəd etdiyi bütün silahları alan kimi hücumun başlayacağını bildirib. Prezident qeyd edib ki, Rusiyanın işğal etdiyi istənilən ərazinin Kiyevin nəzarətinə qaytarılmasını uğur hesab edəcək.

“İnanıram ki, döyüş meydanında nə qədər çox qələbə qazansaq, bir o qədər çox insan bizə inanacaq, bu da daha çox yardım alacağımız deməkdir”.

Zelenski deyib bunu.

Bu arada “Washington Post” yazır ki, Ukraynanın uğurunun ilkin əlamətlərindən biri Kerç boğazı üzərindən körpünün dağıdılması, ilhaq edilmiş Krımda Rusiya hərbi bazalarının təcrid olunması və Rusiya qoşunlarının regionlarda mühüm təchizat yollarının kəsilməsi ola bilər.

Nəşrin təhlil etdiyi bəzi ehtimal ssenarilər arasında Melitopolun ələ keçirilməsi cəhdləri, həmçinin Donetsk və Luqansk vilayətlərində, o cümlədən Azov dənizində Mariupol istiqamətində hücum daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə