Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq?

Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq?

Amerikalı tarixçi Noam Çomski, Ukraynanın soyuq müharibə dövründə müasir Meksikanın, hətta Avstriyanın analoquna çevrilə biləcəyini düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti “New Statesman” nəşrinə istinadən xəbər verir.

Çomski əmindir ki, Rusiya ilə münaqişə ucbatından Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunun lehinə tarixi reallıqlara istinad edərək, belə siyasətin Yeltsin və Qorbaçov dövründən müşahidə olunduğunu xatırladır. Bundan başqa, amerikalı tarixçiyə görə, Kiyev özünü müstəqil fəaliyyət göstərməyə qadir olmayan dövlət kimi göstərib.

Ammerikalı analitikin fikrincə, Ukrayna hələ ötən ilin mart-aprel aylarında sülh danışıqlarından imtina edən ABŞ-dan tamamilə asılıdır.

Bütün bunlar bir yana, bu gün ABŞ kimi, Böyük Britaniya da Ukraynanın acınacaqlı vəziyyətinə məhəl qoymadan yalnız öz maraqlarını düşünürlər.

Bu da Çomskinin fikridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə