Avropa İttifaqı İranın separatçı Nidal Hərəkatının lideri Həbib Ferecullah Cabı edam etməsini pisləyib.
SİA-nın əldə etdiyi məlumata görə, Avropa Şurasından verilən yazılı açıqlamada deyilir: "Aİ İranın İsveç-İran əsilli Həbib Cabın edam edilməsini ən sərt şəkildə pisləyir və ölüm cəzasının tətbiqinə qarşı kəskin etirazını bir daha xatırladır".
Bəyanatda vurğulanıb ki, Aİ İranı ölüm hökmünün ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırıb.
Bəyanatda deyilir: “İranda saxlanılan Aİ və Aİ-İran ikili vətəndaşlarının sayının artması və ədalətli mühakimə hüququndan imtina edilməsi birbaşa beynəlxalq hüququn pozulmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB