ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib

ABŞ Türkiyəyə S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib

“ABŞ Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket kompleksini öyrənmək üçün müraciət edib”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istəyib. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Biz imtina etdik”-deyə, o vurğulayıb.

Bundan başqa, Çavuşoğlu Türkiyənin Ukraynaya S-400 göndərilməsi ilə bağlı təkliflər aldığını da qeyd edib: “Bizə belə təkliflər gəldi, lakin biz imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə