Bu gündən Suriya nümayəndə heyəti Ərəb Liqasının iclaslarında iştirak edəcək

Bu gündən Suriya nümayəndə heyəti Ərəb Liqasının iclaslarında iştirak edəcək

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriya nümayəndə heyətinin təşkilatın bu gün keçiriləcək iclasına buraxılması barədə qərar qəbul edəcək. SİA xəbər verir ki, bu, bu gün Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə keçiriləcək iclasında qəbul ediləcək qətnamə layihəsində əksini tapıb.

Suriya nümayəndə heyəti mayın 7-dən yenidən Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak etməyə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə