İsveçrə Ukraynaya minatəmizləmə maşınları verməyi planlaşdırır

İsveçrə Ukraynaya minatəmizləmə maşınları verməyi planlaşdırır

Ukraynanın Reinteqrasiya Nazirliyi İsveçrənin minatəmizləmə məhsulları istehsalçısı “Global Clearance Solutions” ilə əməkdaşlığa dair razılığa gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

“Maşınlar kənd təsərrüfatı torpaqlarından və kritik infrastruktur obyektlərindən mina və partlamamış hərbi sursatların təmizlənməsi üçün istifadə olunacaq”, - məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə