Türkiyə xaricində səs verən seçicilərin sayı AÇIQLANDI

Türkiyə xaricində səs verən seçicilərin sayı AÇIQLANDI

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 488 min 842 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

Onların 1 milyon 387 min 945-i xarici nümayəndəliklərdə, 100 min 897-si gömrükdə səs verib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə