Uralın Pervomayski kəndində meşə yanğını nəticəsində barıt olan iki anbar yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 6-da fövqəladə hallar xidmətinə istinadən TASS məlumat yayıb.
Qeyd edilir ki, Sverdlovsk vilayətində meşə yanğınları Pervomayski kəndində yerləşən partlayıcı anbarlara çatıb. Qeyd olunur ki, artıq barıt olan iki anbar yanır. Bundan əlavə, yanğın daha 18 qonşu barıt anbarını da təhlükə altına alıb.
Verilən məlumatlara görə, silah istehsalı ilə məşğul olan “Gefest-M” şirkətinə məxsus anbarların hər birində 20 tona qədər barıt var.
Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən verilən məlumata görə, yanğının daha da genişlənməsinin qarşısının alınması məqsədilə yanğın ərazisi müəyyənləşdirilir, qüvvə və vasitələrin yığılması da davam etdirilir. . İlkin məlumatlara görə, hələ ki, itkilərin olmadığı deyilir.
Hazırda 400-ə yaxın insanın məskunlaşdığı kənd evakuasiyaya hazırlaşır. Həmçinin, Rejevski şəhər dairəsinin rəhbəri İvan Kartaşov bələdiyyə ərazisində fövqəladə rejim tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB