Ritter bunu Zelenskinin ən böyük səhvi adlandırıb

Ritter bunu Zelenskinin ən böyük səhvi adlandırıb

Bu arada ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdə çıxmış kəşfiyyat zabiti Scott Ritter yenə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, YouTube kanalında pilotsuz uçan aparatlarla Kremlə hücumu Ukrayna prezidenti Vladimir Zelenskinin ən böyük səhvi adlandırıb.

Ritterə görə, guya bu, Kiyevə münaqişədə məğlubiyyətdən qaçmağa kömək etməyəcək.

Amerikalı keçmiş kəşfiyyatçı hesab edir ki, insident heç bir nəticə vermədi, ilk növbədə, Ukrayna Silahlı Qüvvələri üçün hərbi üstünlüklər yaratmadı.

Kəşfiyyat zabitinin fikrincə, Kiyevin ABŞ, NATO və Avropa İttifaqı kimi sponsorları da Rusiyaya hücuma görə məsuliyyət daşıyırlar.

“Ukraynalıların bu aktdan əldə etməyə ümid etdikləri hər şey əməliyyat teatrındakı vəziyyətlə müqayisədə solğun görünür. Bu, Ukraynanın bu münaqişədə uduzması faktını dəyişməyəcək”, - bildirən Ritter Ukraynanın insidentdə iştirakına heç bir şübhəsi olmadığını da deyir.

Vladimir Zelenskinin “mən eləməmişəm” deməyi ilə deyil axı... Bu, şübhə yoxdur ki, Zelenskinin açıq təxribatı olub və təbii ki, Moskvadan buna cavab veriləcək.

Ritter buna da əmindir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə