Deyəsən, Peskovun dediklərinin hamısı özünü doğrultmur axı...
Belə ki, Kreml uzun illər prezident Putinin Sovet İttifaqını tərifləməsinin əsas hissəsi olan “Ölümsüz alay” yürüşünü ləğv edib. Səbəb kimi isə “təhlükəsizlik” göstərilir.
Amma belə bir fikir də var ki, parada gələn bəzi insanlar Ukraynada həlak olan əsgərlərin portretləri ilə peyda olub və bununla da Rusiya işğalının gizli bədəli üzə çıxara bilərlər.
Ona görə də, Ukraynadakı müharibə fonunda bu il Rusiyada Qələbə Gününün qeyd olunması çox fərqli görünəcək.
Bundan əvvəl də xəbər verildiyi kimi, artıq Rusiyanın bir çox əyalət şəhərlərində SSRİ-nin İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəyə verdiyi töhfənin şərəfinə paradlar və kütləvi tədbirlər ləğv edilib. Yerli səlahiyyətlilər bunu “təhlükəsizlik narahatlığına” istinad edirlər.
Məsələ bundadır ki, ölkə səlahiyyətliləri aksiyaya təkcə Ukraynada qohumlarını itirən sakinlərin deyil, həm də bütün strukturların da qoşula biləcəklərindən ehtiyatlanırlar…yox, əslində ehtiyatlanmırlar, çox qorxurlar.
Maraqlıdır ki, Moskvanın Qızıl Meydanda keçirilən paradda nümayiş etdirilən hərbi texnika dövlət televiziya kanallarında işıqlandırılsa da, amma ictimaiyyət üçün tamamilə qapalı olacaq.
Təbii ki, bütün bunlarla bağlı Rusiyanın tanınmış adamları müxtəlif rəylər səsləndirirlər.
Məsələn, rusiyalı tarixçi İvan Kurillaya görə, indi hakimiyyət insanların küçədə hər hansı kütləvi şəkildə görünməsindən qorxur. Yəni hakimiyyət açıq şəkildə insanların küçələrə çıxmasından qorxur.
SİA rus mənbələrinə istinadən xəbər verir ki, o vaxt, 2022-ci ildə Qələbə Gününün qeyd edilməsi zamanı müharibə əleyhinə etirazlara görə 125 nəfər saxlanılmışdı ki, onların çoxu “Ölümsüz alay”ın yürüşü zamanı baş vermişdi.
Deyim ki, hələ o vaxt ruslar indiki kimi, deyildilər...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB