Rumıniyadakı etiraz aksiyasında Qərb əleyhinə şüarlar səsləndirilib

Rumıniyadakı etiraz aksiyasında Qərb əleyhinə şüarlar səsləndirilib

Rumıniyanın Birləşdirilməsi Alyansı partiyasının on mindən çox tərəfdarı şənbə günü, mayın 6-da Buxarestin mərkəzində hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə G4Media məlumat yayıb.

Portalın məlumatına görə, mitinq iştirakçıları Qərb əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, etiraz aksiyası “Biz ölkəni satmırıq” devizi altında keçirilib.

Bu arada Rumıniyanın Birləşdirilməsi Alyansı partiyasının üzvləri bütün ölkə sakinlərini mitinqə qoşulmağa və “hazırkı hakimiyyətin təbliğ etdiyi antimilli və ailə əleyhinə fəaliyyətlərə” qarşı çıxmağa çağırıblar.

Etiraz aksiyasının təşkilatçıları meşə və eləcə də milli sərvətlərin ölkədən çıxarıldığını bildiriblər. Onların fikrincə, Rumıniya xalqı daha onlara absurd qaydaların tətbiq edilməsinə və müstəmləkə kimi rəftar edilməsinə dözməyəcək.

Yeri gəlmişkən, ğtən ay İsveçin Göteborq şəhərində də yüzlərlə insan ölkənin NATO-ya üzv olmasına etiraz olaraq küçələrə axışmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə