Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 176 nəfərin öldüyü deyilsə də, bunun artma ehtimalı da istisna edilmir.
Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətində yağan güclü yağışlar daşqınlara səbəb olub.
Daşqınlar nəticəsində Buşuşu və Nyamukubi kəndlərinə ciddi ziyan dəyib.
Cənubi Kivu əyalətinin qubernatoru Teo Nqvabidje Kasi daşqınlar nəticəsində 170-dən çox adamın həyatını itirdiyini deyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, daşqın zamanı çox sayda adam itkin düşüb.
Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB