Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin sərhəd Qluşkovski rayonuna artilleriya zərbəsi endirib. Atılan 18 mərmi əyalətdə heç bir itki törətməyib.
SİA xəbər verir ki, bu məlumatı mayın 6-da öz “Teleqram”ında regionun rəhbəri Roman Starovoit bildirib.
Ukrayna silahlı birləşmələri bu gün Krasnooktyabrskinin Qluşkovski rayonunun sərhədyanı kəndlərini və Belqorod vilayətinin Tetkino kəndlərini yenidən atəşə tutub. Ümumilikdə, Ukrayna ərazisindən 18 mərmi atılıb, onlardan 10-u Krasnooktyabrskiyə düşüb, 8-i isə Tetkinoda partlayıb.
Krasnooktyabrski kəndindəki təsərrüfatlardan birində şüşə sınması istisna olmaqla, tələfat və dağıntı olmadığı bildirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutması nəticəsində bir nəfərin ağır yaralandığı, məktəbə və ticarət mərkəzinə xeyli ziyan dəydiyi bildirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB