Kadırov Artemovski ələ keçirmək üçün yuxarıdan əmr gözləyir?

Kadırov Artemovski ələ keçirmək üçün yuxarıdan əmr gözləyir?

Çeçenistan rəhbəri Ramzan Kadırov “Axmat” çeçen xüsusi təyinatlılarının yaxın vaxtlarda Artemovski (Baxmut) nəzarətə götürəcəyinə əminlk bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, özünün Telegram kanalında bildirib.

Kadırov əlavə edib ki, döyüşçülər şəhərə daxil olmağa hazırdırlar və müvafiq əmri gözləyirlər. Artıq bir neçə bölmə Ukrayna ərazisində hərbi əməliyyatların aparılması istiqamətində yola düşüb.

“Biz artıq Rusiya Müdafiə Nazirliyi ilə birlikdə düşmənin taktikasını və əlimizdə olan resursları nəzərə alaraq bu sektorda fəaliyyət strategiyamızı hazırlamağa başlamışıq”, - deyən Kadırov əlavə edib ki, o, artıq Ali Baş Komandana ünvanlanmış müvafiq məktubu imzalayıb və qalan ərazini böyük məmnuniyyətlə almağa hazırdır.

Qeyd edək ki, hazırda Artemovskda əsas döyüşü “Vaqner” PMC aparır. Onu da qeyd edək ki, “Vaqner” PMC rəhbəri Priqojin mayın 10-da bu “səlahiyyəti” “Axmat” bölmələrinə verəcək.

“Vaqner” PMC isə 7 aylıq uğursuz döyüşdən sonra şəhəri tərk etmək qərarına gəlib.

Bu arada Priqojin şəhərdəki kəskin sursat çatışmazlığından şikayətlənib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə