Nəhayət, tutulan ukraynalı hər şeyi etiraf edib?
Beləliklə, Nijni Novqorodda həbs edilən ukraynalı rusiyalı yazar Zaxar Prilepinə sui-qəsd təşkil etdiyini və guya Ukrayna xüsusi xidmət orqanlarında işlədiyini etiraf edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə hökumətyönlü “112” teleqram kanalı məlumat yayıb.
Deməli rusların yazdığına görə, tutulan adam bir neçə il əvvəl Ukraynanın xüsusi xidmət orqanlarından birinə işə götürüldüyüni bildirib. Onlara lazım olan məlumatları verib, əvəzində isə pul alıb. Son işi isə Rusiya pasportunu alıb köçmək olub. Ona verilən növbəti tapşırıq isə Zaxar Prilepinin aradan götürmək olub.
“112” teleqram kanalının yazdığına görə, tutulan şübhəli şəxs sui-qəsd cəhdindən əvvəl bir neçə gün Prilepini izləyib. Maşını partlatmaq üçün Prilepinin evinə gedən yolda basdırılan tank əleyhinə minalardan da istifadə olunduğu iddia edilir.
Bu arada sui-qəsdin məsuliyyətini ATEŞ partizan dəstəsi öz üzərinə götürüb. Qeyd edək ki, əvvəllər o, Ukraynanın işğal olunmuş ərazisində işlədiyini iddia etsə də, bir müddət Rusiyada filialları olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB