Medvedev bunu "qeyri-qanuni cinayət" adlandırıb

Medvedev bunu "qeyri-qanuni cinayət" adlandırıb

Dmitri Medvedev rus yazıçısı Yevgeni Prilepinlə avtomobilin partladılmasını “qeyri-qanuni cinayət” və “nasist ekstremistlərinin” alçaq hücumu adlandırıb.

SİA xəbər verir ki, bu barədə mayın 6-da Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavininin köməkçisi Oleq Osipova istinadən TASS məlumat yayıb.

Dmitri Medvedev bu gün Nijni Novqorod vilayətində törədilmiş terror aktı zamanı xəsarət alan yazıçı Zaxar Prilepinə teleqram göndərib. Orada rusiyalı siyasətçi yazıçıya dəstək olduğunu və partlayış zamanı həlak olan avtomobil sürücüsünün yaxınlarına başsağlığı verib.

“Böyük hiddətlə sizə və yaxınlarınıza nasist ekstremistləri tərəfindən törədilmiş iyrənc hücumdan xəbər tutdum. Mən sizə bu çətin anda səmimi dəstəyi ifadə etmək istərdim. Bu həyasız cinayətin qurbanı olmuş həmkarınızın ailəsinə dərin hüznlə başsağlığı verirəm”, - teleqramda deyilir.

Bu cinayətlərin cəzasız qalmayacağını, onların məhdudiyyət müddətinin olmadığını, bu cinayətləri törədən şəxslərin, eləcə də onların ideoloji sponsorlarının cəzadan yayına bilməyəcəklərini deyən Medvedev, Zaxar Prilepinə tezliklə sağalma və möhkəm cansağlığı arzulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə