ABŞ və NATO daha bir “beynəlxalq terror hüceyrəsi” yaradıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı yazıçı və ictimai xadimin həyatına sui-qəsdi belə şərh edib.
Qeyd edək ki, Zaxarovanın şərhi onun Telegram səhifəsində dərc olunub. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yazıçı Zaxar Prilepinin yerləşdiyi avtomobilin partlaması ilə bağlı yayılan xəbərlərə demək olar ki, dərhal reaksiya verib.
Onun sözlərinə görə, terror aktına görə birbaşa məsuliyyət başqa bir terrorçu rejimi – “Kiyev”i yaradan və bəsləyən Vaşinqton və Londonun üzərinə düşür.
Fakt gerçəkləşdiyini, Vaşinqton və NATO-nun daha bir beynəlxalq terrorçu hüceyrəni - Kiyev rejimini qidalandırdığını yazan Zaxarova, Zaxar Prilepin üçün dua etdiklərini bildirib.
Bir daha xatırladaq ki, bu gün Nijni Novqorod vilayətində, Bor rayonundakı magistral yolda rusiyalı publisist Zaxar Prilepinin də olduğu “Audi Q7” markalı avtomobil partladılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB