Zaxar Prilepini kimlər və niyə öldürmək istəyiblər?

Zaxar Prilepini kimlər və niyə öldürmək istəyiblər?

Xəbər verildiyi kimi, rusiyalı yazıçı Zaxar Prilepin Nijni Novqorodda avtomobilin partlaması nəticəsində ağır yaralanıb. Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.

Maraqlıdır, yazıçının həyatına kimlər və hiyə qəsd ediblər?

Bu arada Kreml səlahiyyətlisi Dmitri Peskov yazıçının olduğu avtomobilin partladılmasından xəbərdar olduğunu desə də, Zaxar Prilepinə qəsdlə bağlı açıqlama verməyib.

Ümumiyyətlə, o, rusiyalı yazıçı və ictimai xadim Zaxar Prilepinin həyatına sui-qəsdlə bağlı şərh verməkdən imtina edib.

Peskovun sözlərinə görə, əvvəlcə hüquq-mühafizə orqanlarından məlumat gözləmək və yalnız bundan sonra nəticə çıxarmaq lazımdır, çünki maşının partladılmasında kimin günahkar olduğu hələ məlum deyil.

Kremlin sözçüsü avtomobilin partladılmasının ukraynalı diversantların cəhdi olub-olmaması sualını cavablandırarkən “hələ məlum deyil, hüquq-mühafizə orqanlarından məlumat gözləyəcəyik”- deyə bildirib.

Bu arada Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi hüquq-mühafizə orqanları əməkdaşlarının hücumda əli ola biləcək şəxsi saxlamağa müvəffəq olduqlarını bildiriblər.

Yeri gəlmişkən, partlayış nəticəsində yazıçı yaralansa da, amma sürücü və cangüdəni dünyasını dəyişiblər.

Onu da qeyd edək ki, Prilepin Moskvaya gedərkən yemək üçün dayandığı kafedə olarkən avtomobilin kapotunun altına partlayıcı qurğu quraşdırıla biləcəyi ehtimal edilir.

Maraqlıdır, görən, kimlər tərəfindən?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə