Xaricdə səsvermə prosesi davam edir

Xaricdə səsvermə prosesi davam edir

Türkmənistanda yaşayan Türkiyə vətəndaşları mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar səs verməyə başlayıblar.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkmənistanda yaşayan Türkiyə vətəndaşları yerli vaxtla saat 09:00-da Türkiyənin Aşqabaddakı səfirliyində səs verməyə başlayıblar.
Türkiyənin Türmənistandakı səfiri Toqan Oral verdiyi açıqlamada prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinin başladığını bildirib.
Litvanın paytaxtı Vilnüsdə yaşayan türklər də mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar səs verməyə başladı. Yerli vaxtla saat 09:00-da başlayan səsvermə prosesi 21.00-dək davam edəcək.
Ali Seçki Komissiyasının məlumatına görə, Litvada səsvermə hüququna malik 795 seçici var.
Türkiyenin Litvadakı səfiri Barış Tantekin bildirib ki, səsvermə prosesi bu gün səhər saatlarından başlayıb.

Bu arada Pakistan, Mərakeş, Estoniya, Kosovo, Monteneqro və Maltada yaşayan Türkiyə vətəndaşları da səs verməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə