''BMT ''Taxıl sazişi''nin davam etdirilməsi ilə əlaqədar tərəflərə çağırış edib''

''BMT ''Taxıl sazişi''nin davam etdirilməsi ilə əlaqədar tərəflərə çağırış edib''

Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün tərəflərə ''Taxıl sazişi''nin tam icrası və davam etdirilməsi üçün danışıqları davam etdirmələri ilə əlaqədar çağırış edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
BMT Baş Katibinin sözçüsü Fərhan Haq keçirdiyi gündəlik mətbuat konfransında İstanbuldakı Birgə Koordinasiya Mərkəzində yeni gəmilərin taxıl təşəbbüsünə qatılması ilə bağlı razılığın əldə olunmadığını və təşəbbüsün daha əvvəl müəyyənləşdirilən gəmilərlə davam etdiyini açıqlayıb.

Fərhan Haq Türkiyenin təşəbbüsü ilə gələn həftə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə mayın 5-də İstanbulda texniki görüşün keçirildiyini deyib.

"Bildiyiniz kimi, Baş katib Antonio Quterreş tərəflərin ifadə etdiyi mövqeləri nəzərə alaraq Qara Dəniz Təşəbbüsünün təşviqi və genişləndirilməsi ilə bağlı bütün tərəflərə təkliflər çatdırıb. Biz bütün tərəfləri müzakirələri davam etdirməyə, əməliyyat çətinliklərini aradan qaldırmağa və səy göstərməyə çağırırıq”, - deyə Fərhan Haq qeyd edib.

Fərhan Haq bildirib ki, BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan Moskvada sözügedən təşəbbüs çərçivəsində BMT ilə Rusiya arasında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı danışıqlar aparır.

Fərhan Haq Qrinspanın Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə Rusiyanın ərzaq və gübrə ixracının asanlaşdırılması ilə bağlı görüşdüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə